Modern.az

CATEL-in telefonları niyə işləmir?

CATEL-in telefonları niyə işləmir?

3 Aprel 2011, 14:50

Bir neçə gündür CATEL şirkətinin (“Fonex” operatoru) ölkə üzrə şəbəkəsində ciddi problem yaranıb. Nəticədə artıq üçüncü gündür şirkətin minlərlə abunəçisi öz telefonlarından istifadə edə bilmir. Bəs CATEL-in telefonları bütün ölkə üzrə niyə işləmir?

Modern.az bu sualla şirkət rəsmilərilə əlaqə saxlamaq istəsə də, bazar günü olduğundan buna nail ola bilməyib. Amma şirkətin öz saytında şəbəkədə problemin olduğu barədə məlumat yerləşdirilib. ”Hörmətli abunəçilər! CATEL şirkətinin CDMA şəbəkəsində yaranmış texniki problemə görə üzr istəyirik. Rabitənin qısa zamanda bərpası üçün təcili tədbirlər görülür”-deyə şirkətin yaydığı məlumatda bildirilib. Qeyd edək ki, 1997-ci ildə yaradılan “CATEL” şirkəti WLL abunəçilərinə FH-CDMA standartında simsiz rabitə xidmətləri, eləcə də mobil rabitə abonentlərinə CDMA standartında rabitə xidmətləri göstərir. “CATEL” Azərbaycanda müştərilərə telefon, faksimil, ISDN, İnternet və Data xidmətləri göstərən ilk stasionar simsiz rəqəmsal telefon şəbəkəsini qurub. 2004-cü ilin avqust ayından etibarən şirkət, Azərbaycanda ilk dəfə olaraq, ən müasir CDMA 2000 1x mobil rabitə texnologiyasını "Huawei" şirkətinin avadanlığı əsasında tətbiq etməyə başlayıb. 2007-ci ilin aprel ayında şirkət CDMA2000 standartında mobil xidmətlərini göstərmək məqsədilə yeni “FONEX” ticarət nişanını telekommunikasiya bazarına çıxarıb. “CATEL” şirkəti 4 nominalda - 2 AZN, 5 AZN, 10 AZN və 20 AZN qiymətində ödəmə kartlarını təklif edir. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər