Modern.az

Cocuq Mərcanlıda  "Qrad" raketi hissəsi tapılıb

Cocuq Mərcanlıda  "Qrad" raketi hissəsi tapılıb

22 Fevral 2017, 20:27

Bu gün Cocuq Mərcanlı kəndində 18 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən baxış keçirilib. ANAMA-dan Modern.az-a verilən məlumata görə, gün ərzində 1 013 ədəd qəlpə, 1 ədəd partlamış "Qrad" raketinin mühərrik hissəsi aşkar edilib. Nəticə etibarilə 85 700 kv.m ərazi (29 450 kv.m əl ilə, 10 700 kv.m mexaniki üsulla,  35 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 10 550 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Qeyd edək ki, axtarışların aparıldığı 19  gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 47 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib. Nəticəsə 6 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) və 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL)) aşkar olunaraq zərərsizləşdirilib, 327 059 kv.m ərazi (107 709 kv.m ərazi əl ilə, 95 800 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi  SENSYS dərinlik ölçən cihazı və 10 550 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb. Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı