Modern.az

Daha bir küçə bağlanır: xəbərdarlıq

Daha bir küçə bağlanır: xəbərdarlıq

22 Fevral 2017, 21:01

Paytaxtın Cəfər Xəndan küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır. Modern.az “Azəravtoyol” ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, aparılan təmir işləri ilə əlaqədar olaraq Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsinin kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində 23 fevral 2017-ci il tarixində səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır. Hərəkətin məhdudlaşdırılması bir-neçə saat ərzində tətbiq ediləcək.

Göstərilən müddət ərzində sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?