Modern.az

Rusiya Avropanı gizli radiasiya ilə zəhərləyir - İDDİA

Rusiya Avropanı gizli radiasiya ilə zəhərləyir - İDDİA

Aktual

22 Fevral 2017, 21:48

Avropa ölkələri radisya fonunun artmasını müşahidə edirlər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, radioaktiv yod-131 maddəsi eyni vaxtda bir neçə Avropa ölkəsində müşahidə olunub.

Yod-131 maddəsinin izotoplarının havada artmasını ilk dəfə Radiasiya və Nüvə Mühafizəsi İnstitutu müşahidə edib. Norveçlə yanaşı, Finlandiya, Polşa, Çexiya, Almaniya, Fransa və İspaniya da radiasiya fonunun artması hiss olunur.

Qərb KİV-i Rusiyanın Murmansk vilayətində gizli nüvə tədqiqatlarının keçirildiyini və radiasiyanın məhz bu bölgədən gəldiyini ehtimal edirlər.

Yod-131 izotopu tibbi, farmakologiya sahələrində isitfadə olunur. Bundan başqa, uran və plutoni maddələrinin bölünməsində də bu maddə əsasdır.

 

Vüqar İSMAYILOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür