Modern.az

Nursultan Nazarbayev yenidən prezident seçilir

Nursultan Nazarbayev yenidən prezident seçilir

3 Aprel 2011, 21:05

Bazar günü Qazaxıstanda növbəti prezident seçkiləri keçirilib. Seçkilərə indiki prezident  Nursultan Nazarbayev də qatılıb. Ondan başqa  seçkilərdə daha 3 namizəd iştirak edir.

Qazaxıstan müxalifəti isə seçkiləri boykot edib. Seçici siyahısında 9 milyon 100 mindən artıq adamın adı olub. Səsvermə ölkənin 9725 məntəqəsində keçirilib. Ekspertlərin rəyinə görə bu seçkilərdə ölkəyə 20 ildən artıqdır ki, rəhbərlik edən Nursultan Nazarbayevin qalib gələcəyi şəksizdir.

Müşahidəçilər qeyd edirlər ki, hazırkı vəziyyətdə qazaxlar ölkədə sabitliyə və iqtisadi firavanlığa nail olmuş Nazarbayevə alternativ görmürlər.

Astanada olan Azəzrbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Qazaxıstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Fərhad Qəribov Modern.az-a bildirib  ki, MDB missiyasının tərkibində seçkiləri müşahidə ediblər. Ciddi qanun pozuntusu qeydə alınmayib. F.Qəribov Nursultan Nazarbayevin qalib gələcəyini istisna etməyib. Qeyd edək ki, Azərbaycandan olan müşahidə missiyasının tərkibinə MSK-nın sədri Məzahir Pənahov, qurumun beynəlxalq şöbənin əməkdaşı Rövzət Qasımov, Milli Məclisin deputatları Fərhad Qəribov, Rüstəm Xəlilov, Aydın Mirzəzadə və TürkPA-nin sədri Ramin Həsənov daxildir. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir