Modern.az

AXCP Ali Məclisini sədri xəstəxanaya düşüb

AXCP Ali Məclisini sədri xəstəxanaya düşüb

3 Aprel 2011, 21:27

AXCP Ali Məclisinin sədri Həsən Kərimovun səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirlib. AXCP-dn verilən məlumata görə, dünən axşam saatlarında 2 aprel mitinqinə görə həbs olunan və təzyiqlərə məruz qalan siyasətçinin səhhətində fəsadlar yarandığı üçün onu saxlandığı Səbayel rayon polis idarəsindən 4 nömrəli xəstəxanaya apararaq reanimasiya şöbəsinə yerləşdiriblər. Həsən Kərimov “Azadlıq” radiosuna deyib ki, Polis İdarəsində rəisin onu pis söyüşlərlə təhqir etməsindən sonra 3-cü dəfə infarkt keçirib. DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə i sə deyilənləri polisin nüfuzuna və işgüzar imicinə kölgə salma və xələl gətirmə cəhdi kimi qiymətləndirib. O, H.Kərimova təzyiqlərin olmadığını vurğulayıb. Son məlumatlara görə, Həsən Kərimovu Mərkəzi Kliniki Xəstəxanaya köçürüblər.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?