Modern.az

Ərəb kralları İrana qarşı çıxdılar: “Tehran regionda dini təfriqə salmaq xətti tutub”

Ərəb kralları İrana qarşı çıxdılar: “Tehran regionda dini təfriqə salmaq xətti tutub”

4 Aprel 2011, 11:47

Fars körfəzi Ölkələri Əməkdaşlıq Şurası İranın bu ölkələrin daxili işlərinə qarışması ilə bağlı narahatlığını ifadə edib. Bu barədə Əl-Riyadda media üçün yayılan məlumatda bildirilib.

Modern.az “RİA-Novosti”yə istinadən bildirir ki, bazar günü Səudiyyə Ərəbistanın paytaxıtnda Ərəb yarmadası üzrə 6 monraxiyanın xarici işlər nazirinin iştirakı ilə Şuranın növbədənkənar iclası keçirilib. İclasda Səudiyyə Ərəbistanı, Küveyt, Bəhrəyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Omanın XİN rəhbərləri qatılıb. 

“Şura İranın bu ölkələrədə dövlət çevrilişi üçün davamlı müdaxilə cəhdlərindən ciddi narahatlıq keçirir. İran regionda qarışıqlıq və dini təfriqə salmaq xətti tutub. Bu vəziyyətdə ölkələrin və vətəndaşların süveren huquqları pozulur. Bu isə BMT və İslam Konfransı Təşkilatının prinsiplarəi ilə ziddiyyət təşkil edir”-deyə bəyənatda vurğulanır.  

Sənəddə bildirilir ki, Küveyt və Bəhryen artıq ciddi şəkildə İranın casuslauq fəaliyyəti ilə üzləşib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir