Modern.az

Müxalifət aprelin 16-na yenə mitinq təyin etdi

Müxalifət aprelin 16-na yenə mitinq təyin etdi

4 Aprel 2011, 12:05

İctimai Palatanın növbəti mitinqi aprelin 16-na təyin olunub. Bu barədə İP-in Koordinasiya Şurasının keçirdiyi mətbuat konfransıda məlumat verilib. Tədbirdə bildirlib ki, İctimai Palatanın növbəti sessiyası aprelin 9-da keçirilsin. Növbəti aksiya barədə qərar həmin sessiyada təsdiq ediləcək.

İctimai Palata aprelin 2-də keçirilən aksiya və ondan əvvəl saxlanılan şəxslərin Hüquqlarını Müdafiə Komitəsi yaradıb. Komitəyə İctimai Palatanın təsisçilərindən olan vəkil Vidadi Mirkamalın rəhbərlik edəcək.

Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli mətbuat konfransında çıxış edərək şənbə günü keçirilən aksiyanı baş tutduğunu və ölkədə ictimai etiraz hərəkatının başlandığını bildiriblər.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır