Modern.az

İran Azərbaycanla sərhədə hərbi təyyarələr gətirir

İran Azərbaycanla sərhədə hərbi təyyarələr gətirir

4 Aprel 2011, 12:40

Tehran sərhədboyu rayonlara havadan nəzarət etmək üçün pilotsuz təyyarələr və helikopterlərdən istifadə edəcəyini açıqladı


İran sərhədboyu rayonlara havadan nəzarət etmək üçün pilotsuz təyyarələr və helikopterlərdən istifadə edəcək. Modern.az “İRİB nyus”a istinadən bildirir ki bu barədə İranın sərhəd qoşunlarının komandanı general Zülfüqari bəyan edib. General bildirib ki, yaxın illərdə sərhədboyu rayonlarda yeni aviabazalar qurulacaq.  Aviabazlar havadan sərhədlərə nəzarəti həyata keçirmək üçün qurulur. Bazanın qurulması ilə bağlı hazırılq işlərinin bir hissəsi artıq başa çatıb.

Komandan bildirib ki, hazırda sərhəddin müdafiəsi üçün kompleks proqramlar həyata keçirilir. Zülfüqarinin sözlərinə görə, sərhədlərin möhkəmləndirilməsi, sərhəd qoşunların texniki təminatı üçün 1390-cı ilin büdcəsindən (21.03.2011-20.03.2012) 860 milyard rial (85 milyon dollar) pul ayrılıb. Qeyd edək ki, İranın Azərbaycanla 100 kilometr uzunluğunda sərhədi var.

Hərbi ekspertlər bununla bağlı narahatlıqlarını bildirirlər.  Ekspert Cəsur Sümərinli hesab edir ki, İranın Azərbaycan sərhədləri yaxınlığında yeni HHM bazaları yaratmaq niyyət ölkəmizin milli təhlükəsizlik maraqlarına təhdiddir. “Azərbaycanın Milli Təhlükəsizlk Konsepsiyası və Hərbi Doktrinası kimi sənədlər bu kimi halları ölkənin milli təhlükəsizlik maraqlarına zidd hesab edir. Məncə rəsmi Bakı buna etirazını bildirməlidir”, - deyə ekspert bildirdi.

Onun sözlərinə görə, 2000-ci ildən başlayaraq İranın hərbi potensialının Azərbaycan səhrədlərinə doğru “sürüşdüyü” müşahidə olunur. “Bu da sözsüz ki, İranın nüvə proqramı ətrafında yaranmış gərginlik və bu ölkəyə hərbi müdaxilə ola biləcəyi ehtimalı ilə bağlıdır. Araşdırmalar göstərir ki, İran Silahlı Qüvvələrinə daxil olan birləşmələrin təxminən 40-50 faizi Azərbaycan sərhədlərinə istiqamətlənib. Halbuki Şimali Azərbaycanla sərhədlər İranın ümumi sərhəd zolağı içərisində 7 faizə qədər yer tutur. Müşahidələr göstərir ki, bu gün İran bütün hərbi potensialını Azərbaycan istiqamətində hərbi addımlara yönəldib. 2008-ci ildə İranın Xəzər dənizində hərbi komandanlıq yartmasl da boş yerə deyildi”, - deyə o bildirdi.

C.Sümərinli hesab edir ki, İranın Azərbaycan sərhədlərində HHM bazaları yaratması həm də faktik olaraq ABŞ və NATO-nun ölkəmizlə bağlı indiyədək həyata keçirdiyi və gözlənilən tədbirlərə bir cavabdır.
“ABŞ-ın dəstəyi ilə Azərbaycanın Şimal və Cənub sərhədlərində radar stansiyaları yaradılıb, ölkəmizin Xəzərdə təhlükəsizlik imkanları gücləndirilib. Nəticədə Azərbaycan Xəzər hövzəsində müşahidə imkanlarına görə aparıcı dövlətə çevrilib. Məhz Azərbaycanın müşahidə imkanlarının güclənməsi nəticəsində Xəzərdə Rusiya və İran arasında naməlum və şübhəli daşımaların sayı hissediləcək dərəcədə azalıb. İndi İran yəqin ki, Azərbaycandan bütün bunların əvəzini çıxmaq istəyir”, - deyə o bildirib.

“Doktrina” mərkəzinin sədrinin fikrincə, İran rəhbərliyinin yaratmaq istədiyi HHM bazasının yerləşəcəyi əraizi Azərbaycanın mövcud və perspektiv strateji məqsəd və hədəflərinə uyğun deyil. “Bu ərazidə yerləşdiriləcək HHM bazası Azərbaycan ərazisində gerçəkləşən hərbi əməliyyatlar, tədbir və planlar barədə məlumat toplanılması məqsədi də güdə bilər. Sonradan bu məlumatların Ermənistana ötürülməsi də istisna deyil. İran və Ermənistan əlaqələrinin mövcud durumu bir çox ehtimalları irəli sürməyə imkan verir”, - deyə o bildirib.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?