Modern.az

Ramiz Məşədihəsənli: ""Bişkək küçələrində 4 nəfərdən biri türkcə danışır" (MÜSAHİBƏ)

Ramiz Məşədihəsənli: ""Bişkək küçələrində 4 nəfərdən biri türkcə danışır" (MÜSAHİBƏ)

Media

4 Aprel 2011, 12:51

"Qır­ğız par­la­men­ti öl­kə­nin ən yük­sək zir­və­lər­dən bi­ri­ni Pu­ti­nin adı­na əbə­di­ləş­dir­di"


Azər­bay­ca­nın ta­nın­mış te­le­jur­na­list­lə­rin­dən olan Ra­miz Mə­şə­di­hə­sən­li ar­tıq bir ne­çə il­dir ki, qar­daş Qa­za­xıs­tan­da və Qır­ğı­zıs­tan­da ge­niş me­dia fəa­liy­yə­ti ilə məş­ğul­dur. O,  "Tür­kel" və "Və­tən" qə­ze­ti­nin, həm­çi­nin "Al­tın kör­pü" dər­gi­si­nin baş re­dak­to­ru­dur. Ra­miz bəy­lə mü­sa­hi­bə­mi­zə sö­zü­ge­dən me­dia qu­rum­la­rı­nın ha­zır­kı du­ru­mu ilə bağ­lı su­al­la baş­la­dıq:

- Ön­cə, siz­lə­ri Ulu Tür­küs­tan­dan sa­lam­la­yı­ram və mü­tə­ma­di əla­qə sa­xa­la­dı­ğı­nız üçün si­zə də­rin tə­şək­kü­rü­mü bil­di­ri­rəm. Əl­bət­tə, ad­la­rı­nı çək­di­yi­niz "Tür­kel" və "Və­tən" qə­zet­lə­ri, "Al­tın kör­pü" dər­gi­si çap olu­nur və ar­tıq ge­niş oxu­cu küt­lə­si tə­rə­fin­dən rəğ­bət­lə qar­şı­lan­maq­da­dır. Se­vin­di­ri­ci hal­dır ki, bu mət­bu or­qan­la­rı­mı­zın ti­ra­cı da get­dik­cə art­maq­da­dır. Mə­sə­lən, Qa­za­xıs­tan azər­bay­can­lı­la­rı­nın res­pub­li­ka qə­ze­ti olan "Və­tən" 3 il əv­vəl 2 min nüs­xə ilə nəş­rə baş­la­mış­dı­sa, ha­zır­da sa­yı 10 000-ə çat­mış­dır. İkin­ci il­dir ki, Qa­za­xıs­tan Xalq­la­rı As­samb­le­ya­sı nəşr­lə­ri ara­sın­da elan olu­nan döv­lət ten­de­ri­ni qa­za­nan "Və­tən" qə­ze­ti­nin di­gər məs­rəf­lə­ri­ni Qa­za­xıs­tan Azər­bay­can­lı­la­rı As­so­sia­si­ya­sı Res­pub­li­ka İc­ti­mai Bir­li­yi­nin səd­ri, Qa­za­xıs­tan Xalq­la­rı As­samb­le­ya­sı və Dün­ya Azər­bay­can­lı­la­rı Əla­qə­lən­dir­mə Şu­ra­sı­nın üz­vü, tex­ni­ka elm­lə­ri na­mi­zə­di Əbül­fəz Müs­lü­moğ­lu tə­rə­fin­dən qar­şı­la­nır.

- Bu ya­xın­lar­da "Tür­kel" qə­ze­ti­nin say­tı fəa­liy­yə­tə baş­la­yıb. Sayt ba­rə­də ət­raf­lı bil­gi ver­mə­yi­ni­zi xa­hiş edi­rik.

- Bu İn­ter­net veb si­te­si tək­cə "Tür­kel" qə­ze­ti­nə aid de­yil­dir. Bu ey­ni za­man­da, Tür­kelP­ress Xə­bər Agent­li­yi­nin özü­lü­dür (www.tur­kelp­ress.com). Ulu Tür­küs­tan­da ey­ni­ad­lı bir xə­bər agent­li­yi­nin qu­rul­ma­sı­na çox­dan eh­ti­yac du­yul­du­ğu üçün bir az ge­cik­mə ilə onu hə­ya­ta ke­çir­mə­yə baş­la­dıq. Bi­zə dəs­tək və hər ba­xım­dan kö­mə­yi­ni əsir­gə­mə­yən dos­tu­muz, qar­da­şı­mız, əsil Türk­çü bir soy­da­şı­mız olan "7 Döv­lət 1 Mil­lət" Kon­se­yi­nin baş­qa­nı Azər Həs­rə­tə həm "Tür­kel" İc­ti­mai Fon­du­nun pre­zi­den­ti və yu­xa­rı­da ad­la­rı çə­ki­lən mət­bu or­qan­la­rı­mı­zın baş re­dak­tor müa­vi­ni Hö­kü­mə Xə­li­lo­va, həm də şəx­sən öz adım­dan çox-çox tə­şək­kür edi­rik. 20 gün­dən bə­ri fəa­liy­yət gös­tə­rən "Tür­kelP­ress" XA-nə 30-dan çox dün­ya öl­kə­lə­ri­nin İn­ter­net iz­lə­yi­ci­lə­ri qa­tıl­ma­ğa na­il olub­lar və gün­dən-gü­nə də öl­kə­lə­rin sa­yı art­maq­da­dır. Xə­bər Agent­li­yi­mi­zin sə­hi­fə­lə­ri bü­tün türk­kö­kən­li­lə­rin üzü­nə açıq­dır və ge­cə-gün­düz is­tə­dik­lə­ri mə­lu­mat­la­rı, mü­sa­hi­bə­lə­ri, şərh­lə­ri gön­də­rə bi­lər­lər. İş­çi qru­pu­muz alı­nan mə­lu­mat­la­rı ope­ra­tiv su­rət­də də­qiq­ləş­dir­dik­dən son­ra sə­hi­fə­yə yer­ləş­di­rir­lər. Ya­zı­lar əsa­sən, türk, rus, azər­bay­can, in­gi­lis və di­gər tür­soy­lu­la­rı­mı­zın dil­lə­rin­də ya­yım­la­nır. İn­ter­net por­ta­lın­da "Tür­kel" və "Və­tən" qə­zet­lə­ri­nin (www.va­tanp­ress.com) elekt­ron nü­mu­nə­lə­ri də ve­ri­lir.

- Bil­di­yi­mi­zə gö­rə "Tür­kel" İc­ti­mai Fon­du­nu tə­sis et­mi­si­niz. Bu qu­ru­mun məq­səd­lə­ri və fəa­liy­yə­ti nə­dən iba­rət­dir?

- Bə­li, 7-ci il­dir ki, "Tür­kel" İc­ti­mai Fon­du fəa­liy­yət­də­dir. Onu 12 nə­fər türk­kö­kən­li­lər tə­sis et­mi­şik 2004-cü il­də Qır­ğı­zıs­ta­nın pay­tax­tı Biş­kek şə­hə­rin­də. Həm­yer­li­miz, 30 il­dən çox­dur ai­lə­si ilə bu öl­kə­də məs­kun­la­şan, jur­na­list-fi­lo­loq, Qır­ğı­zıs­tan Co­qor­ku Ke­ne­şi (Par­la­men­ti) və Xa­ri­ci İş­lər Na­zir­li­yi mət­bu­at xid­mə­ti­nin üz­vü Hö­kü­mə Xə­li­lo­va yek­dil səs­lə bu təş­ki­la­tın rəh­bə­ri se­çi­lib. Məq­sə­di­miz Türk Dün­ya­sı­nın ay­rıl­maz par­ça­sı olan Ulu Tür­küs­tan­da ey­ni soy­dan və kök­dən olan boy­la­rı­mız ara­sın­da ün­siy­yə­ti güc­lən­dir­mək, dil, ta­rix, mə­də­niy­yət, adət-ənə­nə­lə­ri­mi­zi unut­ma­maq şər­ti­lə bir-bi­ri­mi­zə in­teq­rə et­mək, ye­ri gəl­dik­cə ta­ri­xin qan yad­da­şı­na çev­ri­lən fa­ciə­lə­ri­mi­zi və dərd­lə­ri­mi­zi bö­lü­şə­rək, onu di­gər mil­lət­lə­rə çat­dır­maq­dan iba­rət­dir. İl­də bir ne­çə də­fə soy­la­rı­mı­zın qa­tı­lı­mı ilə "Dost­luq, bir­lik və həm­rəy­lik" ad­lı ədə­bi-bə­dii mu­si­qi­li ge­cə­lər təş­kil edir, bay­ram­la­rı­mı­zı bir­lik­də qeyd edir, əsa­sı isə soy­qı­rı­mı­na uğ­ra­yan soy­la­rı­mı­zın xa­ti­rə və anım gün­lə­ri­ni ke­çi­ri­rik. "Tür­kel" İc­ti­mai Fon­du və ey­ni­ad­lı qə­ze­ti­miz də­fə­lər­lə Tür­ki­yə, Qa­za­xıs­tan, Qır­ğı­zıs­tan hö­lu­mə­ti­nin Fəx­ri Fər­man­la­rı­na, Dip­lom və mü­ka­fat­la­rı­na la­yiq gö­rü­lüb. Ye­ri gəl­miş­kən, ke­çən ilin əv­və­lin­də - 2010-cu il­də Tür­ki­yə Baş Na­zir­li­yi­nə bağ­lı Tİ­KA tə­rə­fin­dən tex­ni­ki ava­dan­lıq­lar­la təc­hiz olun­duq. Tür­ki­yə hö­ku­mə­ti bu il də "Tür­kel"-i unut­ma­yıb. Ya­xın gün­lər­də mi­ni-stu­di­ya qur­ma­mız üçün bir sı­ra ava­dan­lıq­lar da gön­də­rə­cə­yi­ni bil­di­rib. Bu cür dəs­tə­yi doğ­ma və­tə­ni­miz Azər­bay­can­dan da umu­ruq.

- Ha­zır­da Qır­ğı­zıs­tan­da­kı ic­ti­mai-si­ya­si du­ru­mu ne­cə qiy­mət­lən­di­rir­si­niz?

- Öl­kə­də ic­ti­mai-si­ya­si du­rum hər an ye­ni­dən də­yi­şə bi­lər. Çün­ki, so­si­al və­ziy­yət ağır və dö­zül­məz ol­du­ğu təq­dir­də, si­ya­si part­la­yış eh­ti­ma­lı var­dır. Hə­lə­lik isə, koa­li­si­ya hö­ku­mə­ti öl­kə büd­cə­si­ni tə­yin et­mək­lə məş­ğul­dur. Büd­cə­nin hə­lə də par­la­ment­də təs­diq olun­ma­ma­sı bir ay ön­cə İq­ti­sa­diy­yat və So­si­al mü­da­fiə na­zir­lə­ri­nin is­te­fa­sı ilə nə­ti­cə­lən­di. Baş na­zir Al­maz­bek Atam­ba­yev hö­ku­mət qu­ru­lan ki­mi əv­vəl­cə Ru­si­ya, son­ra Tür­ki­yə və Qa­za­xıs­ta­na zi­ya­rət edə­rək bu öl­kə­lər­dən mad­di dəs­tək is­tə­di. Tür­ki­yə­nin Baş na­zi­ri Rə­cəb Ta­yyib Ər­do­ğa­nın bu ilin fev­ral ayı­nın 1-2-də Qır­ğı­zıs­ta­na ger­çək­lə­şən rəs­mi zi­ya­rə­ti za­ma­nı Tür­ki­yə hö­ku­mə­ti ke­çən il­ki ki­mi, bu il də təm­mə­na­sız ola­raq 10 mil­yon dol­lar ma­liy­yə yar­dı­mı gös­tər­dik­lə­lə­ri­ni di­lə gə­tir­di və Tİ­KA xət­ti ilə Qır­ğı­zıs­ta­nın Gü­ney böl­gə­si­nin bər­pa­sı­na da­ha 15 mil­yon dol­lar dəs­tək ve­ri­lə­cə­yi­ni de­di. Mü­xa­li­fət li­der­lə­ri Fe­liks Ku­lov və Ömür­bek Te­ke­ba­yev­lə söh­bə­ti­miz za­ma­nı bil­dir­di­lər ki, Qır­ğı­zıs­ta­nın düş­dü­yü bu böh­ran və­ziy­yə­tin­dən çı­xa­rıl­ma­sı üçün hər bir öl­kə və­tən­da­şı­nın bor­cu sa­bit­li­yi, asa­yi­şi, son­ra isə ən üm­də olan qa­nu­nu qo­ru­ma­qı­dır. Qey­ri-sa­bit və qa­rı­şıq­lıq­lar za­ma­nı xey­li əc­nə­bi fir­ma və şir­kət­lər Qır­ğı­zıs­ta­nı tərk et­di­sə də, an­caq ye­ni iş adam­la­rı, sər­ma­yə­çi­lər də gəl­mək­də­dir. Po­li­to­loq­la­rın fik­rin­cə öl­kə­də əgər 3-cü çev­ri­liş cəh­di olar­sa, öl­kə­nin du­ru­mu həd­din­dən ağır və çı­xıl­maz ola­caq­dır. Hə­lə­lik isə, Qır­ğı­zıs­tan­da və­ziy­yət sa­bit­li­yə doğ­ru ge­dir. Bu isə hər bir əc­nə­bi iş ada­mı və çox­mil­lət­li xalq­lar­da inam və ümid ya­ra­dır.

- Qır­ğı­zıs­tan­da­kı ye­ni ha­ki­miy­yət Türk Bir­li­yi ilə bağ­lı pro­se­sə ne­cə ya­na­şır? Və ya­xud, si­zin Qır­ğı­zıs­tan­da bu yön­də­ki iş­lə­ri­niz­də hər han­sı prob­lem­lər ya­ran­ma­yıb ki?  

- Özü­nüz fi­kir ve­rin. Acı­na­caq­lı du­ru­ma dü­şən bir Türk öl­kə­si şi­mal qon­şu­sun­dan ası­lı ol­du­ğu hal­da, bu bir­li­yi­mi­zin möh­kəm­lən­mə­sin­dən və bu­na tez na­il ol­maq­dan söh­bət ge­də bil­məz. Kə­nar­dan ba­xa­na dö­yüş asan gə­lər. Ye­nə də ümid­va­rıq ki, kö­kü­nü, so­yu­nu və türk­lü­yə bağ­lı­lı­ğı­nı tam itir­mə­miş Qır­ğı­zıs­tan həm türk Bir­li­yi­nə töh­fə ve­rə­cək. An­caq öl­kə rəh­bər­li­yi bun­dan baş­qa həm MDB, həm də Şan­xay İş­bir­li­yi­ni də is­tə­yir. Bir həf­tə qa­baq isə Qır­ğız par­la­men­ti öl­kə­də­ki ən yük­sək zir­və­lər­dən bi­ri­ni Pu­ti­nin adı­na əbə­di­ləş­dir­di. Bu­ra­da 3 il əv­vəl eks-pre­zi­dent Kur­man­bek Ba­ki­ye­vin par­la­ment­də et­di­yi çı­xış­dan bir mə­qam ya­dı­ma düş­dü. O de­yir­di ki, öl­kə­də və­ziy­yət çox ağır­dır. Do­nor öl­kə­lə­rə mü­ra­ci­ət edək ki, bi­zə də mad­di yar­dım gös­tər­sin­lər. Sa­lon­dan bir mil­lət və­ki­li de­di ki, yol­daş pre­zi­dent, do­nor öl­kə­lər bu cür yar­dı­mı an­caq üçün­cü si­nif öl­kə­lə­yə, zən­ci­lə­rə ve­rir­lər. Kur­man­bek Ba­ki­yev isə ca­va­bın­da: "Üzü­mü­zü zən­ci ki­mi qa­ra rən­gə bo­ya­ya­rıq, tə­ki yar­dım ver­sin­lər", de­miş­di. Yə­qin ki, hər şey ay­dın­dır. Əla­və şər­hə də eh­ti­yac yox­dur. Bir fak­tı da qeyd edim ki, bu­ra­da TÖ­MER - Tür­ki­yə Türk­cə­si Öy­rə­tim Mər­kə­zi fəa­liy­yət gös­tə­rir ki, ötən 17 il­də min­lər­lə qır­ğı­zıs­tan­lı türk di­li­ni mə­nim­sə­mə­yə na­il olub. Yə­ni Biş­kek­də kü­çə­də, mə­ra­sim­də rast­laş­dı­ğın hər 4 nə­fər­dən bi­ri türk­cə da­nı­şır. Əl­bət­tə, bu se­vin­di­ri­ci hal­dır. Bi­zim isə bu­ra­da qar­şı­laş­dı­ğı­mız bir prob­lem yox­dur. Öl­kə­də­ki yer­li KİV ki­mi bi­zə də mü­na­si­bət ey­ni­dir. Çox de­mok­ra­tik bir res­pub­li­ka­da fəa­liy­yət gös­tər­di­yi­mi­zi hiss edi­rik.

- Son ola­raq da bir sua­lı­mız da var. Bil­di­yi­mi­zə gö­rə siz fi­lo­lo­gi­la elm­lə­ri na­mi­zə­di ki­mi həm də Uni­ver­si­tet­də dərs de­yir­si­niz. Vax­tı­nı­zı ne­cə bö­lə bi­lir­si­niz?

- Ke­çən il Biş­kek­də­ki Ata­türk Ala­too Uni­ver­si­te­tin­də Fi­lo­lo­gi­ya fa­kül­tə­sin­də "Çağ­daş Azər­bay­can di­li və Ədə­biy­ya­tı" bö­lü­mü ya­ra­dıl­dı. Bu­nun tə­şəb­büs­ka­rı biz ol­du­ğu­muz üçün, Hö­kü­mə xa­nım­la mə­ni Uni­ver­si­te­tə də­vət edib so­nun­cu kurs tə­lə­bə­lə­ri­nə dərs de­mə­yi tək­lif et­di­lər və məm­nu­niy­yət­lə ra­zı­laş­dıq. İlk bu­ra­xı­lı­şı­mız­da 19 mə­zu­nu­muz ol­du. Fev­ra­lın 1-dən tək­rar ola­raq dərs­lə­rə da­vam edi­rik. Vax­tı­mız doğ­ru­dan da yet­mir. Bir aya­ğı­mız Qa­za­xıs­tan­da, Tür­ki­yə­də, bir aya­ğı­mız isə Öz­bə­kis­tan və di­gər böl­gə­lər­də­dir. Hö­kü­mə xa­nım­la mən ey­ni za­man­da iqa­mət­ga­hı An­ka­ra və Al­ma­tı­da olan Dün­ya Ahıs­ka Türk­lə­ri Bir­li­yi Mət­but Mər­kə­zi­nin (www.ahis­kap­ress.com) həm­sədr­lə­ri­yik. Bun­dan baş­qa hər həf­tə Qa­za­xıs­tan Döv­lət ra­dio­su ilə hər bi­ri 20 də­qi­qə efi­rə çı­xan türk və azər­bay­can di­lin­də proq­ram­la­rın, Biş­kek­də­ki Ma­nas TV ra­dio­sun­da isə həf­tə­də 1 sa­at­lıq "Dost­luq kör­pü­sü" ve­ri­li­şi­nin apa­rı­cı mü­əl­lif­lə­ri­yik. İş­lə­rin çox­lu­ğun­dan bə­zən ve­ri­liş­lə­ri ön­cə­dən ha­zır­la­yıb lent ya­zı­sı ki­mi təq­dim edi­rik.

Für­sət­dən is­ti­fa­də edə­rək, bü­tün oxu­cu­la­rı­nı­za ba­har tə­ra­vət­li sə­mi­mi sa­lam­la­rı­mı­zı və xoş ar­zu­la­rı­mı­zı çat­dı­rı­rıq. Si­zə də uğur­lar di­lə­yi­rəm!

 

 

 

 


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı