Fevralın 14-dən start götürən, AzTV-nin və “Mədəniyyət” kanalının efirində “Muğam televiziya Müsabiqəsi 2011”in 7-ci həftəsi başa çatıb.
Münsiflər Heyətindən verilən məlumata görə, hər həftə sonuncu yeri tutan iştirakçısının müsabiqəni tərk etdiyi yarışmada 15 ifaçı qalıb. İndiyədək 5 nəfər yarışmanı tərk edib.
Müsabiqə işini aprelin 5-də 15 nəfər iştirakçı ilə Beynəlxalq Muğam Mərkəzində davam etdirəcək. Bu həftə Nizami Gəncəvi qəzəllərinə müraciət olunacaq.
Yarışma 3 ay ərzində davam edəcək.
Modern.az