Modern.az

Kəlbəcərlə bağlı sayt istifadəyə verilib

Kəlbəcərlə bağlı sayt istifadəyə verilib

Qarabağ

4 Aprel 2011, 13:20

Modern.az saytı xəbər verir ki, “İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi “Mənim Qarabağım, Mənim Azərbaycanım!” layihəsi çərçivəsində Kəlbəcər rayonunun işğal gününə həsr olunmuş  www.mykalbajar.wordpress.com sayt/bloqu istifadəyə verib.

Qurumun Mətbuat xidmətindən verilən məlumata görə bununla “İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Azərbaycan həqiqətlərinin dünyaya təbliği üçün 10-dan artıq bu qəbildən olan layihəyə müəlliflik edir.

Bugünə qədər artıq Şuşa, Laçın, Ağdərə,  Ağdam, Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan və Xocalı haqqında bloqlar istifadəyə verilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat