Modern.az

AMİP sədri : “Bu cinayət işi qeyri-qanunidir”

AMİP sədri : “Bu cinayət işi qeyri-qanunidir”

4 Aprel 2011, 16:57

“Mitinqdə həbs olunan 4 nəfərə qarşı irəli sürülən cinayət işi qeyri-qanunidir”. Bu barədə İctimai Palatanın təsisçilərindən olan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə müxalifətin 2 aprel aksiya ilə bağlı saxlanılan şəxslərə qarşı açılan cinayət işini Modern.az-a şərh edərkən bildirib. O, qeyd edib ki, İP-nin təşkil etdiyi dinc aksiyada 4 nəfər  günahsız yerə saxlanılıb və onlara qanunsuz olaraq cinayət işi açılıb: “Mən müxlifət nümayəndələrinə qarşı Bakı şəhər Prokurorluğu tərəfindən açılan cinayət işini qeyri-məqbul hesab edirəm. Bu 4 nəfər şəxs qanunsuz olaraq həbs edilib. Çəkilişlərdə də hər şey görünür. Bizim mitinqdə qeyri-qanuni heç nə yox idi”.

Y.Bağırzadə qeyd edib ki, müxalifətçilərə qarşı prokurorluq orqanları tərəfində irəli sürülən ittihamlar yersizdir. “Mən belə bir cinayət işinin açılmasını məqbul hesab etmirəm. Belə bir ittiham irəli sürmək qeyri-qanunidir. İctimai asayişin pozulması ilə bağlı belə bir cinayət işinin qaldırılmasına ehtiyac yox idi. Bu vəziyyəti daha da gərginləşdirir, ictimaiyyətdə birmənalı qarşılanmır”.

AMİP sədri müxalifət partiyalarının birgə keçirdiyi 2 aprel mitinqinin gözlənildiyi kimi baş tutduğunu bildirib. “Biz siyasi partiya olaraq bu haqda bəyanat da vermişik. Yenə qeyd edim ki, İctimai Palatanın şənbə günü keçirdiyi mitinq tam baş tutmuş hesab olunur”-deyə Y.Bağırzadə əlavə edib.

 

Anar Rüstəmov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?