Modern.az

İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib

İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib

4 Aprel 2011, 17:55

Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının prezindenti Nursultan Nazarbayevə prezident seçkilərində qalib gəlməsi münasibəti ilə təbrik məktubu göndərib.

Məktubda deyilir:
- Hörmətli Nursultan Abişeviç, Sizin yenidən Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin seçkilərdə qələbəniz Qazaxıstan xalqının Sizə yüksək etimadını, sizin həyata keçirdiyiniz, dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsinə, cəmiyyət həyatının bütün sahələrində əsaslı dəyişikliklər aparılmasına yönəlmiş fəaliyyət xəttinizi xalqın dəstəklədiyini təsdiq etdi.

Azərbaycanı və Qazaxıstanı çoxəsrlik dostluq, mehriban qonşuluq və əməkdaşlıq telləri bağlayır. Əminəm ki, bu xeyirxah ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz dost xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Hörmətli Nursultan Abişeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və Qazaxıstanın çiçəklənməsi naminə dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?