Modern.az

İki bazar müdiri cərimələndi, birinə də ciddi xəbərdarlıq olundu

İki bazar müdiri cərimələndi, birinə də ciddi xəbərdarlıq olundu

Təhsil

4 Aprel 2011, 18:31


Gəncənin bazarlarında alqı-satqı zamanı istehlakçıların aldadılması prosesi hələ də davam edir. Bunu Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı Ərazi Nəzarəti İdarəsnin apardığı reydlər belə deməyə əsas verir. Yoxlamalar zamanı bazarlarda əksər ölçü vasitələrinin dövlət yoxlamasından keçirilməməsi və qeyri-standart tərəzilərdən istifadə olunması aşkarlanıb.  
Komitə əmkdaşlarının Gəncənin bazarlarında apardıqları maarifləndirici yoxlamalara və reydlərə baxmayaraq alıcı və satıcı arasında problemlər qalmaqdadır. Səbəb isə alqı-satqı zamanı standartın heç bir tələb və normalarına cavab verməyən çəki daşlarından və ölcü vasitələrindən istifadə olunmasıdır.

Dəfələrlə edilən xəbərdarlqılara baxmayaraq bazarlarda hələdə istismar müddəti ötmüş, elektron olmayan və düzgün çəki göstərməyən tərəzilərədən istifadə olunur. Bu da alıcının aldadılması ilə yanaşı, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun tələblərinin kobud şəkildə pozulması deməkdir. Bu məqsədlə Gəncənin Mərkəzi mazarında komitə əməkdaşlarının apardıqları yoxlamalar zamanı bir çox neqativ hallar aşkarlanıb. Belə ki, bazarlarda elektron tərəzilərdən istifadə olunması gərəkdiyi halda əksər satıçılar əqrəbli və daşlı tərəzilərdən istifadəyə üstünlük veirilər. Bu da həmin tərəzilərə satıcının asanlıqla müdaxilə etməsi və alcının aldadılması deməkdir.   
Reyd zamanı ölçü vasitələrinin çəki daşları da yoxlanılıb. Məlum olub ki, daşların əksəriyyətinin göstəricisi  kilodan asılı olaraq 50 və 150 qram arasında az çəki verir. Bazarın Təsərrüfat şöbəsinin müdiri Fazil Məhərrəmov isə aparılan monitorinqin nəticələri ilə razılaşmayaraq bazarda ölçü vasitələrinin heç birində alıcıların aldadılmadığını bildirib. Komitənin 2 sayıl Ərazi Nəzarəti İdarəsinin sektor müdiri Fuad Nağıyevin sözlərinə görə, ölçü vasitələrinin müqayisəli dövlət yoxlamasından keçirilməsi ildə bir dəfə təmin olunmalıdır. Əks halda çəkinin düzlüyünə heç kim zəmanət verə bilməz. Komitə rəsmisi bununla yanaşı bazarlarda istismar müddəti ötmüş tərəziləri elektron tərəzilərlə əvəzlənməsi üçün yazılı və şifahi məlumatın verildiyinidə bildirib.
Qeyd edək ki, tərəzilərlə bağlı aşkar olunan neqativ hallara görə, bazar rəhbərliyinə ciddi xəbərdarlıq olunub. Fuad Nağıyev qanuna uyğun olaraq bazarlarda göstərilən iradların 15 gün ərzində aradan qaldırılmayacağı təqdirdə onları İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən 5000 manata qədər cərimə sanksiyası gözləyə biləcəyini bildirib.

Yeri gəlmişkən, Gəncədə iki bazarın sahibi cərimələnib. Səbəb onların rəhbərlik etdikləri bazarlarda sanitar normaların pozulması olub.

Gəncə şəhərə Gigiyena və Epidemiologiya Mərkəzi Novruz bayramından sonra şəhərin kənd təsərrüfatı məhsulları satılan bazarlarında yoxlamalar keçirilib. Nəticədə məlum olub ki, mərkəzdə yerləşən “Gəncə Bazar” ASC və “Gəncə-Kəpəz” ASC-də kənd təsərrüfatı məhsullarından olan süd, qatıq və ət məhsullarını saxlamaq üçün normal şərait qurulmayıb. Həmçinin məhsulların antisanitar şəraitdə satıldığı da aşkarlanıb. Buna görə də bazarların sahiblərinin hər biri 100 manat məbləğində cərimələnib. Qeyd edək ki, Gəncədə kənd təsərrüfatı məhsulları satışı aparılan 6 bazar fəaliyyət göstərir.

Xalqi Qurbanov
Gəncə

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?