Modern.az

“Azadinform” Agentliyinin rəhbəri dəyişdirildi

“Azadinform” Agentliyinin rəhbəri dəyişdirildi

4 Aprel 2011, 18:57

“Azadinform” İnformasiya Agentliyinin rəhbərliyində dəyişiklik olub. Modern.az saytının məlumatına görə, Azərbaycan və rus dillərində fəaliyyət göstərən saytın baş direktoru dəyişilib. Agentliyin direktoru vəzifəsinə Nurəddin Heydərov təyin olunub.

Qeyd edək ki, Nurəddin Heydərov 1998-ci ildən mətbuatdadır. 2002-ci ildən 2010-cu ilə kimi “Kaspi” qəzetinin baş redaktoru işləyib.
AMEA Şərqşünaslıq İnstitutunun dissertantıdır. Bir neçə elmi məqalə, monoqrafiyanın müəllifidir. 

Qeyd edək ki, indiyədək baş direktor vəzifəsini Asəf Hacıyev tuturdu.

Modern.az


Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!