Modern.az

Jurnalisti döyüblər

Jurnalisti döyüblər

4 Aprel 2011, 23:17
«Azadlıq» qəzetinin müxbiri Ramin Deko aprelin 4-də saat 21:10 radələrində redaksiyadan evə gedərkən Milli Elmlər Akademiyasının yanında qaranlığqa iki nəfər tərəfindən döyülüb. Müxtəlif  dərəcəli bədən xəsarətkləri alan müxbir qaçmaqla canını qurtarıb. Ona hücum edənlərin kimliyi barədə hər hansı məlumata malik deyil. ("Azadlıq" radiosu)

Müxbirin dediyinə görə, onu döyərkən müxalifət partiyalarının aksiyalarında iştirak etməməsini və ağıllı olmağı «məsləhət» görüblər.
«Köynəyimi cırıblar, sifətimə, böyrəkklərimə zərbələr vurdular. Mən onların əlində qaçmaqla canımı qurtardım. İndi gəlmişəm  «Azərbaycan» nəşriyyatına «Azadlıq» qəzetinin redaksiyasına qayıtmışam. İndi oturmuşam işdə gözləyirəm ki, nə edim, hara gedim, bilmirəm».

Ramin Deko bir gün əvvəl, aprelin 3-də oğurlanaraq Maştağa bağlar ərazisinə aparıldığını bildirmişdi. Bu zaman ona hər hansı zor tətbiq edilməmişdir. Amma jurnalistin sözlərinə görə, ona ağıllı olmaq, hakimiyyətyönlü qəzetlərdə işləmək məsləhət görülüb.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!