Modern.az

Ramzan Kadırov bu gün and içir

Ramzan Kadırov bu gün and içir

5 Aprel 2011, 16:11

Bu gün Çeçenistan lideri Ramzan Kadırovun andiçmə mərasimi keçiriləcək. İkinci dəfə respublika rəhbəri olacaq Kadırovun vəzifəsi artıq Çeçenistan prezidenti yox, Çeçenistan başçısı adlanacaq.

 

BBC-nin məlumatına görə, Kadırov tərəfdarları deyirlər ki, onun 2007-ci ildən bəri davam edən hakimiyyəti dövründə respublika sabit inkişaf edib, faktiki yenidən tikilib və Çeçenistan Şimali Qafqazdakı qonşularıyla müqayisədə nisbətən firavan və sabit bölgə sayılır.

 

Başqalarının zənnincə isə respublikaya nəhəng yatırımlar qoyan Moskva respublikanı tamamilə cənab Kadırovun sərəncamına verib. Moskva ona loyallıq izhar edən Kadırova daxildə faktiki qeyri-məhdud imklanlar verib. Son illər Çeçenistanda xeyli sayda insanların yoxa çıxması, insan haqları müdafiəçilərinin qətlə yetirilməsi faktları qeydə alınıb. Bəziləri bütün bunlarda Kadırov hakimiyyətini ittiham edirlər.

 

Çeçenistan rəsmiləri isə deyirlər ki, onların bütün bunlarda əli yoxdur və onlar əksinə bu cinayətlərin üstünün açılmasında maraqlıdırlar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir