Modern.az

Formula-1 marşalları üçün təlim keçirildi

Formula-1 marşalları üçün təlim keçirildi

Aktual

4 Mart 2017, 17:25

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) İdman əməliyyatları şöbəsi martın 4-də Formula-1 Azərbaycan Qran-prisində iştirak edəcək marşallar üçün “Formula-1-ə giriş” adlı ilk təlimini keçirib.

 

Modern.az xəbər verir ki, BŞH-nin İdman əməliyyatları şöbəsinin və Bakı Marşallar Klubunun (BMK) rəhbəri Çingiz Mehdiyev marşallar üçün yeni mərkəzin yaxında istifadəyə veriləcəyini deyib. Qeyd edib ki, biz bu gün Formula-1 yarışlarının ayrılmaz hissəsi olan marşallar üçün idmanın bu növü və marşallıq fəaliyyəti haqqında mövsümün ilk təlimini təşkil etdik. Məqsədimiz klubumuzun üzvləri olan və bu il yeni seçilmiş marşallara Formula-1 haqqında geniş məlumat vermək və marşallıq fəaliyyətinin önəmli məqamlarını çatdırmaqdır.

 

Ç.Mehdiyev bildirir ki, marşallar üçün təlimlər yaxın zamanda açılışını planlaşdırdığımız yeni Marşal Mərkəzində baş tutacaq. Mərkəzdə 10-a yaxın təlim otağı, zəruri avadanlıqlar və praktika təlimləri üçün nəzərdə tutulan kiçik trek olacaq və marşallar burada yarışı gerçəkliyinə uyğun şəkildə simulyasiya etmək imkanı əldə edəcəklər.

 

Təlim çərçivəsində marşallara builki Formula-1 dünya çempionatında baş verən dəyişikliklər və Azərbaycan Qran-prisi ərəfəsində marşallıq fəaliyyətinə dair ətraflı məlumat verilib. Bununla yanaşı, yeni seçilmiş marşallar təlim zamanı Formula-1 yarışının əsas xüsusiyyətləri və ümumilikdə marşallıq fəaliyyəti ilə yaxından tanış olublar.

 

Təlimin keçirilməsində əsas məqsəd marşallara Formula-1 çempionatında baş verən yenilikləri çatdırmaq və yeni seçilmiş marşalların ötən ildən etibarən Qran-pri yarışlarında iştirak edən marşallarla tanışlıq qurmasını təmin etməkdir.

 

Mövsümün ilk təlimində, ümumilikdə 700-dən çox marşal iştirak edib və bu marşalların əksəriyyəti ötən ildən etibarən fəaliyyət göstərir. BMK-nın ulduz səfiri Murad Dadaşov da təlimə qatılaraq bütün marşallara gələcək işlərində uğurlar arzulayıb.

 

Qeyd edək ki, Marşallıq Proqramına qeydiyyat artıq başa çatıb və indiyədək 5 mindən çox şəxs marşal olmaq üçün proqrama müraciət edib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü