Soydaşlarımız bu respulikada saylarına görə özbəklərdən sonra ikinci yerdədir
Azərbaycanlılar Rusiyanın Udmurtiya Respulikasında miqrantların sayına görə ikinci yerdədirlər. Modern.az “Udmurtskaya pravda” qəzetinə istinadən bildirir ki, Rusiyanın Federal Miqrasiya Xidmətinin bu respublika üzrə idarəsinin başçısı Sergey İslentyev bildirib ki, Udmurtiyaya gələn miqrantların sayı 20 min 933 nəfər olub. Bunalrın 15 faizini Azərbaycan vətəndaşları təşkil edir. Birinci yerdə isə Özbəkistandan gələnlə durur - 24 faiz.
Bura gələn miqrant azərbaycanlılar miqrasiya ərizəsində səfərlərini “şəxsi səfər”, “işləmək üçün”, “işgüzar səfər” və “turizm” adı ilə qeyd edirlər. Baxmayaraq ki, Udmurtiyada xarici vətəndaşlar üçün iş yeri yoxdur.
Azərbaycanlıların əsas hissəsi yerli sakinlərin maraq göstərmədiyi, ağır şəraitli az maaşlı işlərdə çalışır. Bura əsasən tikinti sahəsi, pərakəndə və topdansatış ticarət yerləri, ictimai yeməkxanalar daxildir. Burada miqrantlar yükdaşıyan, ekspeditor, aşpaz və fəhlə kimi işlədilir.
Modern.az