Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovadan aldığımız məlumata görə, aprelin 7-də universitetin İnformasiya Resurs Kompleksində (İRK) Amerika təhsil yarmarkası keçirildi. Yarmarka ABŞ Təhsil Qrupu və Bakı Təhsil Məlumat Mərkəzinin (BTMM) təşkilatçılığı ilə baş tutdu. Yarmarkada ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson, Amerika və Azərbaycan universitetlərini bitirən müxtəlif universitetlərin məzunları və tələbələr iştirak etdi. Məzunlar bakalavr, magistr və aspirantura proqramları üzrə öz təcrübələrini bölüşdülər.
Yarmarkada təmsil olunan universitetlərin nümayəndələri təhsil yarmarkasına gələn qonaqlara ABŞ-da təhsil imkanları barədə ətraflı məlumat verdilər. Təhsil yarmarkasında ABŞ-da təhsil almaq istəyən gənclər müxtəlif universitetlərin fəaliyyətini əks etdirən buklet və materiallarla tanış oldular.
Qeyd edək ki, sərgidə ABŞ-n 9 ali təhsi ocağı, o cümlədən San-Dieqo, Kaliforniya-San Dieqo, Kolorado-Bulder universitetləri təmsil olundu.
Modern.az