Modern.az

İctimai Palatanın Koordinasiya Şurası növbəti mitinqi müzakirə edib

İctimai Palatanın Koordinasiya Şurası növbəti mitinqi müzakirə edib

Təhsil

7 Aprel 2011, 18:06

Bu gün Müsavat Partiyasının qərargahında İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı keçirilib. Bu barədə Modern.az-a İctimai Palatanın təsisçilərindən olan Aqil Səmədbəyli məlumat verib. Onun sözlərinə görə, iclasda ölkədə yaranmış ictimai-siyasi durum, İP-in 2 aprel aksiyasının əhəmiyyəti və nəticələri, həbs olunanların vəziyyəti, onlara verilən işgəncə faktları, müdafiə işinin təşkili barədə müzakirə aparılıb, hakimiyyətin siyasi fəallara qarşı yeritdiyi repressiya dalğası pislənilib.

Bundan başqa, toplantıda İctimai Palatanın növbədənkənar 9 aprel sessiyası, habelə qurumun 16 aprel mitinqinə hazırlıqla bağlı müzakirələr aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?