Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası öz işinə aprelin 11-də Strasburqda başlayacaq. Milli Məclisin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, tədbirdə iştirak etmək üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı daimi numayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Rövşən Rzayev, Sevinc Fətəliyeva, Rəfael Hüseynov, Aydın Abbasov, Sabir Hacıyev, Sahibə Qafarova, Qənirə Paşayeva və Elxan Süleymanov Fransada səfərdə olacaqlar.
Sessiya çərçivəsində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının iqtisadi inkişafa təsiri, mədəniyyətlərarası doaloqda dini meyarlar, yoxsulluqla mübarizə, işgəncələrin qarşısının alınması mexanizminin gücləndirilməsi, uşaq və gənclərin şəkərli diabet və artıq çəkidən qorunması, miqrant qadınların hüquqlarının müdafiəsi, uşaqlara qarşı zorakılıqla mübarizə və digər məsələlər barəsində müzakirələr aparılacaq.
Milli Məclisin nümayəndələri sessiyanın işində və komitələrin işlaslarında yaxından iştirak edəcək, müzakirə olunan məsələlərə münasibət bildirəcəklər.
Modern.az