Modern.az

Milli Məclisin deputatı Türkiyədən gəlmiş bələdiyyə başqanına təkliflər verdi

Milli Məclisin deputatı Türkiyədən gəlmiş bələdiyyə başqanına təkliflər verdi

Təhsil

7 Aprel 2011, 20:33


Millət vəkili Qənirə Paşayeva Tükiyənin Biləcik Bələdiyyəsinin başqanı Səlim Yağcının və Söyüd  Bələdiyyə başqanı Osman Yılmaz rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Mərmərə Bələdiyyələr Birliyinin AB və Uluslararsı İlişkilər Mərkəzinin direktoru Murat Daoudov, həmin Mərkəzin əməkdaşları Cəmilə Dokuyeva və İskəndər Günəşdən ibarət olan heyəti xanım millət vəkilinə təqdim edən Səlim Yağcı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak üçün Bakıya gəldiklərini, bu Forumda iştirakdan, ümumən respublikamıza səfərdən məmnun olduqlarını bildiribr.

Millət vəkili Qənirə Paşayeva Azərbaycanın hər zaman mədəniyyətlər və dinlər arası münasibətlər  baxımından örnək ölkələrdən biri olması və bu gün öz işinə başlayan Forumun yüksək səviyyədə təşkilinin, Foruma dünya miqyasında böyük maraq göstərilməsinin də bu fikri təsdiq etdiyini vurğulayıb.  Millət vəkili Forum çərçivəsində aparılan müzakirələrin, keçirilən görüşlərin dünya və bölgə üçün faydalı olacağına inamını ifadə edib.
“Bir millət, iki dövlət” olan Azərbaycan və Tükiyənin bələdiyyə orqanları və ictimai təsisatları arasında əmək­daşlığın dərinləşməsinin də hər iki qardaş dövlətin daha da yaxınlaşmasına xidmət edtdiyini vürğulayan deputat müxtəlif əməli fəaliyyət sahələri üzrə təcrübə mübadiləsinin apa­rıl­masının ümumi işə xeyir gətirəcəyini bildirib. 

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva qonaqlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, tarixi-mədəni və dini abidələri dağıtmaları barədə məlumatlar verib və bildirib ki, ermənilərin Azərbaycan və Türkiyə əlehinə apardığı qərəzli, yalan və böhtanlarla dolu fəaliyyətlərinə qarşı hər iki ölkə, ölkələrimizin vətəndaşları və diaspordakı soydaşlarımız birgə mübarizə aparmalıdırlar. O, Türkiyənin qədim bölgələrindən biri olan Biləcikdə, Söyütdə Azərbaycanın, onun ayrılmaz parçası olan Qarabağın adının park, küçə və ya meydanlara verilməsini, Azərbaycan həqiqətlərinin bu bölgələrin insanlarına daha geniş çatdırılması istiqamətində konfransların, tədbirlərin keçirilməsini də təklif edib. Qonaqları millət vəkili seçildiyi Tovuz rayonuna dəvət edən millət vəkili ölkələrimizin müxtəlif  bölgələri arasında əlaqələrin və əməkdaşlığın genişlənməsinin əhəmiyyətindən danışıb.

Bələdiyyə başçıları Azərbaycanın müxtəlif bölgələrinin bələdiyyələri ilə əməkdaşlığın və əlaqələrin genişlənməsində çox maraqlı olduqlarını və bu səfərdən sonra bu istiqamətdə işlərin daha da surətlənəcəyinə inandıqlarını bildiriblər.

Tədbirin sonunda millət vəkili Qənirə Paşayeva qonaqlara Azərbaycan həqiqətlərini özündə əks etdirən kitablar  da hədiyyə edib.  

Görüşdə Qadınlar Bələdiyyələrin İnkişafı uğrunda İctimai Birliyin sədri Lyudmila Xəlilova və Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı iştirak edib.         

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?