İsrailin Milli Təhlukəsizlik Şurasının strukturuna daxil olan terrorla mübarizə Qərargahının aprelin 7-də yaydığı rəsmi məlumatda yəhudilər Pesax bayramı ərəfəsində Azərbaycan, Ermənistan və Gürcüstana getməməyə çağırılıb. Modern.az İzRus saytına istinadən bildirir ki, sənəddə bu ölkələrdə terror təhlükəsinin mövcudluğu vurğulanır və deyilir ki, səfərə çıxan yəhudilərin HƏMAS və "Hizbullah" qrupları tərəfindən oğurlanma təhlükəsi var.
Qərargahın yaydığı rəsmi məlumatda Ermənistan və Gürcüstanda “konkret təhlükənin” mövcud olduğu vurğulanır. Qərargahın siyahısında Azərbaycan və Tacikstanın adı da var. Türkmənistan isə siyahıdan çıxarılıb.
Qeyd edək ki. bir neçə gün əvvəl İsrailin Azərbaycandakı səfiri Bakıda terror təhkükəsi ilə bağlı xəbərdarlığın qüvvədən düşdüyünü bildirmişdi.
Modern.az