Modern.az

Bakıda Qarabağla bağlı mühüm müzakirə başlayır

Bakıda Qarabağla bağlı mühüm müzakirə başlayır

Aktual

15 Mart 2017, 09:42

“Dağlıq Qarabağ məsələsi AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin bu gün Bakıda keçirilən iclasında qaldırılacaq”.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini qeyd edib ki, iclasda çox vacib məsələlər müzakirə olunacaq.

“Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemini, xüsusilə Ermənistanın uzun illər davam edən təcavüzü, bu təcavüz nəticəsində işğal olunmuş əraziərimizin problemi, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi, bu istiqamətdə hökuməyin gördüyü işlər, dünya birliyinin buna münasibəti il’ bağlı müzakirə aparılacaq.

Münaqişənin həll olunması çətinlikləri, Ermənistanın danışıqlar prosesində sərgilədiyi münasibət və digər məsələləri bu gün keçirilən tədbirdə qaldırılacaq”.

 

 Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar