Modern.az

“Şikayətlənmirik, həqiqətləri çatdırırıq”

“Şikayətlənmirik, həqiqətləri çatdırırıq”

Aktual

15 Mart 2017, 10:01

“Biz artıq 17 ildir ki, AŞPA-nın üzvüyük . AŞPA-nın komitə iclasının Bakıda keçirilməsi, hökumətlə müzakirələrin aparılması gələcək əlaqələrin inkişafından xəbər verir. Bu əlaqələr bundan sonra inkişaf edəcək”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədr müavini Valeh Ələsgərov Bakıda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclasında deyib.

Valeh Ələsgərov bildirib ki, Azərbaycan tərəfi AŞPA ilə əlaqələrin inkişafında maraqlıdır. Ancaq bu əlaqələr qarşılıqlı hörmətə əsaslanmalıdır.

 

Vitse-spiker qeyd edib ki, Azərbaycanın torpaqları işğal olunub, 1 milyon qaçqın və məcburi köçkünü var. “Biz burada şikayətlənmirik, yardım istəmirik, sadəcə, həqiqətləri çatdırırıq. Dünyada qaçqın və məcburi köçkünün olmasını istəmirik. Dünya qaçqın və məcburi köçkünlərlə bağlı ciddi çağırışlarla üzləşib.

 

Bu problemlərlə birlikdə məşğul olmaq lazımdır. Beş yüz milyon əhalisi olan Avropa İttifaqı 2 milyon qaçqının probleminin həll edilməsində çətinliklərlə üzləşib, amma 10 milyon əhalisi olan Azərbaycan 1 milyon qaçqın və məcburi köçkünün problemi ilə təkbaşına məşğul olur”.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir