Modern.az

Sabir Rüstəmxanlı: “Nazirlərin qəbuluna düşmək olmur, bəs gənclər neynəməlidirlər?

Sabir Rüstəmxanlı: “Nazirlərin qəbuluna düşmək olmur, bəs gənclər neynəməlidirlər?

Təhsil

8 Aprel 2011, 14:23

Millət vəkili Sabir Rüstəmxanlı parlamentdə çıxışı zamanı son zamanlar müxalifət qüvvələrinin icazəsiz keçirdiyi mitinqlərlə bağlı münasibət bildirib. O qeyd edib ki, bununla bağlı hər hansı bir məsələnin Milli Məclisə çıxarılması düzgün deyil.

“Mən hesab edirəm ki, mitinq məsələsi bu gün Milli Məclisə çıxarılmamalı idi. Hər hadisəni Milli Məclisə çıxartmaq olmaz. Əgər doğurdan da mitinqdə 200-300 nəfər iştirak edirdisə, niyə bu qədər narahat olursunuz. Deməli burada nəsə var ki, narahat olursunuz.”-deyə qeyd edən S.Rüstəmxanlı insanların etiraz etməsinə səbəb kimi iqtidarı günahlandırıb.

“ Bu mitinq iştirakçılarını küçələrə iqtidar çıxarır. Onun apardığı siyasət çıxardır. Bu gün mövcud iqtidarın siyasəti nəticəsində ali təhsilini xaricdə bitirən azərbaycanlı gənclər heç bir nazirin qəbuluna düşə bilmirlər, onlar öz haqlarını göstərə bilmirlər. Bəs onlar neynəməlidirlər? hansı işlə məşğul olmalıdırlar? O zaman çarə qalır ki, mitinq eləsinlər”.

Millət vəkili qeyd edib ki, ərəb ölkələrində baş verən hadisələrin Azərbaycanda baş verməməsi üçün mütləq islahatlar aparılmalıdır.
“Əgər Azərbaycanda xaos, anarxiyanın olmamasını və ərəb ölkələrindəki hadisələrin burda baş veməməsini istəyiriksə, təcili olaraq islahatlara əl atmalıyıq”

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?