Modern.az

Xələf Xələfovdan dünya birliyinə ÇAĞIRIŞ

Xələf Xələfovdan dünya birliyinə ÇAĞIRIŞ

Aktual

15 Mart 2017, 10:38

“Ermənistan Azərbaycan topraqlarını işğal etməsi nəticəsində insanlar yaşadığı ərazilərdən köçkün düşüb, bu da insan hüquqlarının pozulmasıdır. Azərbaycan həm beynəlxalq, həm də ölkə daxilində qaçqın və məcburi köçkünlərə yardımını əsgirgəməyib. Amma Azərbaycanda həmin şəxslərin hüquqları öz doğma yurdlarına qayıdandan sonra təmin ediləcək”.

 

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən AŞPA Qaçqınlar və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

X.Xələfov bildirib ki, bəzi hallarda sabitlik hansısa iqtisadi, siyasi maraqların təmin olunmasına görə pozulur.

“Azərbaycan münaqişələrin beynəlxalq hüquq siyasəti çərçivəsində həll edilməsinin tərəfdarıdır. Təəssüflər olsun ki, bu problemlər terrorçuluğa, qaçaqmalçılığa zəmin yaradır”.

 

Xarici işlər nazirinin müavini deyib ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində narkotik, silah və insan alveri ilə məşğul olur.

“Azərbaycan bununla bağlı beynəlxalq təşkilatlara müraciət edib. Bu məsələyə baxışda ikili standartlar var. Ermənilər Azərbaycan ərazilərini işğal edib, tarixi abidələri məhv edib, təbii sərvətlərimizi istismar edir. Bunların hamısı beynəlxalq hüquq pozuntularıdır və Ermənistan buna görə məsuliyyət daşıyır”.

 

X.Xələfov vurğulayıb ki, ermənilər tərəfindən 1992-ci ildə Xocalı faciəsi törədilib: “Bəzi dövlətlər buna biganə yanaşır. Dünya dövlətlərinin bir çoxu bu soyqırımını tanıyıb. Bu, insanlıq əleyhinə cinayətdir. Ermənistan beynəlxalq hüququn tələblərinə məhəl qoymur. Ərazilərdə qanunsuz miqrantları yerləşdirir. Xaricdə yaşayan ermənilər Ermənistanın avantürasına uymamalıdır. Azərbaycan tezliklə topaqlarını işğaldan azad edəcək, bununla da regionda sülh bərpa olunacaq”

X. Xələfovun sözlərinə görə, Ermənistanın işğal edilmiş ərazilərdə məqsədli məskunlaşdırma siyasəti beynəlxalq hüquqa görə müharibə cinayətidir.

 

“Ermənistan tərəfindən Suriya və Livandan olan ermənilərin işğal olunmuş ərazilərimizə köçürülməsi təşviq edilir. Ermənistanın bu avantürasına beynəlxalq qiymət verilməlidir. Azərbaycan işğal olunmuş ərazilərini tezliklə azad edəcək, qaçqın və məcburi köçkünlərin problemləri həllini tapacaq. Beynəlxalq birlik bu məsələdə Azərbaycana dəstək verməlidir".

 

Mirmahmud Kazımoğlu

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı