Modern.az

Erməni haker ABŞ-a 500 milyon dollar zərər vurub

Erməni haker ABŞ-a 500 milyon dollar zərər vurub

Aktual

15 Mart 2017, 11:11

ABŞ kompüter fırıldaqçılığında ittiham etdiyi Rusiya vətəndaşı Mark Vartanyanın ölkə büdcəsinə 500 milyon dollar zərər vurduğunu bildirib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi açıqlamasında deyilir.

 

ABŞ Vartanyanın “Citadel” virus proqramı hazırlayaraq kompüter sistemləri və maliyyə hesabatlarına müdaxilə etdiyini və dünyadakı 11 milyon kompüteri yoluxduraraq 500 milyon dollardan artıq ziyan vurduğunu açıqlayıb.

 

Mark Vartanyan Fredrikstad şəhərində yaşayıb və 2014-cü ilin oktyabrından həbsxanada saxlanılır. O yaxın aylarda ABŞ-a ekstradisiya olunacaq.

 

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?