Modern.az

"Ulduz" stansiyasında qadın özünü qatarın altına atdı

"Ulduz" stansiyasında qadın özünü qatarın altına atdı

Aktual

15 Mart 2017, 11:34

"Bakı Metropoliteni"nin “Ulduz” stansiyasında intihara cəhd baş verib.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a  bildirib ki, hadisə bu gün saat 10:40 radələrində baş evrib:

 

“1961-ci il təvəllüdlü Kərimova Hüsniyyə Tufan qızı qatar platformaya daxil olarkən özünü qatarın altına atıb. Maşinist dərhal qatarı saxlayıb və qadın relslərin arasından çıxarılıb”.

 

N.Paşayev qadının ilkin olaraq intiharı inkar etdiyini qeyd edib:

“Qadının sağlamlığı yerindədir, heç bir zədə almayıb. Hazırda polis əməkdaşları araşdırma aparır. Hələlik intihara cəhdin səbəbləri məlum deyil”.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı