Modern.az

 "NazLifan" istehsalı dayanır

 "NazLifan" istehsalı dayanır

18 Mart 2017, 20:29

Altıncı aydır ki, Naxçıvan avtomobil zavodunda “NAZLifan” minik avtomobili yığılmır. Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsi (DSK) bu müəssisədə yeni avtomobilin konveyerdən çıxmasına dair son məlumatı ötən ilin oktyabrında verib.

Zavod direktorunun müavini Polad Sadıqov “Azadlıq” radiosuna təzəliklə avtomobil yığılmasına başladıqlarını söyləsə də, Çindən neçə avtomobil üçün komplektləşdirici sifariş verildiyi barədə sualı cavablamaqda çətinlik çəkib və yazılı müraciət etməyi xahiş edib.

Ötən il Naxçıvanda 270 avtomobil yığılıb, istehsal 62,8 faiz azalıb. “NAZLifan” avtomobillərinin 121 ədədi satılmamış qalıb. Əvvəlki illərdə bu avtomobillər, əsasən, Qarabağ savaşı əllillərinə verilib.

Gəncə avtomobil zavodunda da  ilin əvvəlindən traktor və yük avtomobili buraxılmayıb. Qoşqu istehsalı isə hələ oktyabrdan dayandırılıb. DSK bu zavodda, hələlik, yalnız kommunal avtomobillərin yığıldığını bildirir. Zavodun özündə isə istehsal prosesinin dayanmadığında israr ediblər.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?