Modern.az

"Neftçi" 80 illik yubileyində qalib gəldi

"Neftçi" 80 illik yubileyində qalib gəldi

18 Mart 2017, 21:33

"Neftçi" komandası Azərbaycan Premyer Liqasının XXIII turunda "İnter"lə baş tutan oyunda 80 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib. Modern.az "Report"a istinadən xəbər verir ki, saat 19:37-də başlanan qarşılaşmaya flaqmanın futbolçuları sovet dövründə olduğu kimi, 1-dən 11-dək nömrəli formalarla məşhur "Futbol marşı"nın sədaları altında çıxıblar.

Formalar isə komandanın 1949-1950-ci illərdə geyindiyi görkəmdə, qapıçı isə kepkada olub. Topa ilk zərbəni Kazbek Tuayevlə Çingiz İsmayılov endirib. Onlar meydanın mərkəzində topla fint də ediblər.

"Bakcell Arena"da təşkil olunmuş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 42-ci dəqiqədə Huqo Barqas açıb. 70-ci dəqiqədə Rəhman Hacıyev növbəti qolu vurub. Bundan cəmi 1 dəqiqə sonra isə Nizami Hacıyev fərqi azaldıb.

Bu qələbə sayəsində xallarını 26-ya çatdıran "Neftçi" 5-ci pilləyə yüksəlib. "İnter" isə 39 xalla 3-cü pillədə qalıb.

Qeyd edək ki, turun açılış oyununda "Kəpəz" "Sumqayıt"ı yenib - 1:0. Tura martın 19-da keçiriləcək AZAL - "Qəbələ" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!