Modern.az

Yerevan polisi oturaq aksiyanı dağıdır

Yerevan polisi oturaq aksiyanı dağıdır

18 Mart 2017, 21:51

Yerevanda polis Ermənistan hökumətinin binasının qarşısında oturaq tətil keçirən nümayişçiləri dağıtmaq üçün güc tətbiq etməyə başlayıb. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistan hökuməti yenidən mitinqçiləri aldadaraq, onların tələblərinə cavab verməyib. Buna cavab olaraq, nümayişçilər daha bir tələb irəli sürüblər – Artur Sarkisyanın ölümündə təqsirlilərin hamısı barəsində cinayət işinin başlanması.

Şayen Arutyunyan Artur Sarkisyanın məktubunu oxuyan zaman mitinqə toplaşanlar “Serjik – cəhənnəm ol” şuarı səsləndiriblər.

Elə bu gün Ermənistan hakimiyyəti Artur Sarkisyanın cəsədinin ekspertizasının aparılması barədə göstəriş verib, halbuki vəkillər müstəqil ekspertlərin dəvət olunmasını tələb etmişdilər.

Mitinq iştirakçılarının yazılı tələbinə cavab zərurəti aradan qalxıb və hazırda insanlar yürüşlə hökumət binasına tərəf irəliləyirlər. Onlar “Artur”, “Çörək verəni öldürdülər”, “Serj qatildir” və “Biz həll edirik” şüarları səsləndirirlər.

Aksiya təşkilatçıları polisin və rejimin təxribat törətmək niyyətini gözəl anlayır ki, nümayişçiləri dağıtmağa bəhanə olsun, buna görə də, hər bir hərəkət təşkil olunmuş formada həyata keçirilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı