Modern.az

Ucarda fiziki qüsurlu şəxs intihar edib

Ucarda fiziki qüsurlu şəxs intihar edib

18 Mart 2017, 22:14

Ucarda intihar hadisəsi baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib. Rayon sakini, II qrup Qarabağ müharibəsi əlili 1964-ci il təvəllüdlü Ələmdar Hüseyn oğlu Bayramovun asılmış meyiti yaşadığı evin yaxınlığında yerləşən istifadəsiz çörəkbişirmə sexində aşkar olunub.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar rayon Şöbəsinə gətirilib.

Ə.Bayramov rayonda baytar həkimi kimi fəaliyyət göstəririb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır