Modern.az

Şotlandiya müstəqilliyə doğru daha bir addım atdı

Şotlandiya müstəqilliyə doğru daha bir addım atdı

18 Mart 2017, 23:58

Şotlandiyanın birinci naziri Nikola Stercen ölkənin Avropa Birliyinin tərkibində qalmasını istəyən hər kəsi bu ölkəyə köçməyə dəvət edib.

 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yeni referendumun tarixini dəqiq açıqlamayıb.

 

Ötən ilin iyununda Brexit zamanı əksər britaniyalılardan fərqli olaraq şotlandlar Avropa Birliyinin tərkibində qalmağa səs vermişdilər. Bu onların müstəqillik haqda referendumunu yenidən gündəmə gətirmişdi.

 

 

Nikola Stercen qətiyyətlə Londondan yeni referenduma razılıq alacağını deyib. Nazir bu addımın 2018-ci ilin sonu yaxud 2019-cu ilin əvvəllərində baş tutacağını deyib.

 

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir