Modern.az

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

19 Mart 2017, 13:26

Bayram günləri üçün hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.  

 

Bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-6° isti,  gündüz 9-14° isti, Bakıda gecə 4-6° isti, gündüz  12-14° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan aşağı 758 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz 60-70 %  təşkil edəcək. Martın 21-də isə Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 4-6° isti,  gündüz 8-10° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarına gəlincə, martın 20-də hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz bəzi cənub və qərb rayonlarında yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir. 

 

Martın 21-də rayonlarda arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.  

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir