Modern.az

Abşeronda tövlədə yanğın, 10 iribuynuzlu heyvan tələf olub

Abşeronda tövlədə yanğın, 10 iribuynuzlu heyvan tələf olub

19 Mart 2017, 15:53

Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan taxta konstruksiyalardan ibarət tövlə yanıb.

 

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı tövlənin içərisində olan 10 baş iribuynuzlu heyvan tələf olub.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 13:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

 

Modern.az

 

 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı