Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədlini akademiyanın həqiqi üzvü seçilib.
Modern.az xəbər verir ki, 13 fevral 2017-ci il tarixində Jumber Lejava adına çoxprofilli Beynəlxalq Elmlər Akademiyası xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsində apardığı səmərəli ictimai və yaradıcı fəaliyyətini nəzərə alaraq Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədlini akademiyanın həqiqi üzvü- akademiki seçilib. 18 mart 2017-ci il tarixində vəsiqə və diplomun təqdimat mərasimi Azərbaycan-Gürcüstan sərhəddinə yaxın yerdə baş tutub. Akademiyanın diplomunu və vəsiqəni akademiyanın rəsmisi, tarix elmləri üzrə professor Vano Usadze və professor Alı Musayev təqdim edib. Təqdimat mərasimində Borçalı Cəmiyyəti İdarə Heyətinin üzvü polkovnik Sabir Aşurov və şair-publisist, Cəmiyyətin Mətbuat və informasiya deportamentinin rəsmisi Elbəyi Cəlaloğlu iştirak edib.
Modern.az