Modern.az

Perudakı daşqınlarda 75 nəfər öldü

Perudakı daşqınlarda 75 nəfər öldü

Dünya

19 Mart 2017, 22:42

Peruda baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 75 nəfərə çatıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət zamanı 263 nəfər xəsarət alıb. Bundan başqa 12 min yaşayış evi, 25 məktəb, 8 xəstəxana dağılıb, 2 min kilometr avtomobil yolları və 9 min hektar kənd təsərrüfatı sahəsi su altında qalıb.

Qeyd olunur ki, təbii fəlakət “El-Ninyo” iqlim fenomeni ilə bağlıdır. "El-Ninyo" okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir