Modern.az

Fuad Muradov Avropa parlamentində vacib görüşlər keçirib - FOTOLAR

Fuad Muradov Avropa parlamentində vacib görüşlər keçirib - FOTOLAR

Aktual

22 Mart 2017, 16:43

Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov Avropa Parlamentində (AP) səfərdə olub.

Modern.az xəbər verir ki, səfər zamanı Fuad Muradov Avronest PA-nın həmsədri, Yaşıllar Siyasi qrupunun üzvü, almaniyalı deputat xanım Rebekka Harms ilə  görüşüb. Görüş zamanı Avropa Parlamentinin üç deputatının Dağlıq Qarabağa qanunsuz səfəri və qeyri-leqal referendumda AP adından istifadə edərək, qanunazidd müçahidəçilik etmələri və üstəlik bəyanat yaymaları, Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin gələcək planları, AP ilə əlaqələrin möhkəmləndirilməsi prespektivləri və bu sahədə qarşıda duran çətinliklərin aradan qaldırılması üçün müzakirələr aparılıb.

Görüş zamanı Fuad Muradov  Prezident İlham Əliyevin Brüsselə fevraldakı səfəri nəticəsində Avropa İttifaqı ilə əlaqələrdə xüsusi canlanma yarandığını, AP-də mart ayının əvvəlində baş tutan konfransın da bunun davamı olduğunu diqqətə çatdırıb.
Xanım Harms avropalı deputatların qondarma seçkilərdəki müşahidəçi kimi iştirakın AP-nin böyük hissəsi tərəfindən pisləndiyini və bunun gələcəkdə baş tutmaması üçün AP-də deputatların təlimatlandırıldığını bildirib. O, eyni zamanda Azərbaycanın Avronest PA-da olmasının çox önməli olduğunu qeyd edib.

Səfər zamanı Fuad Muradov AP-də Sosialistlər və Demokratların Tərəqqi Birliyinin siyasi qrupunun vitse-prezidenti Viktor Boştina ilə də  görüşüb.

Görüş zamanı Azərbaycan -Rumıniya əlaqələri, Rumıniya üçün də çox vacib olan yeni enerji layihəsi, Sosilaistlər siyasi qrupu ilə əməkdaşlıq, AP üzvlərinin işğal edilmiş ərazilərə qanunsuz səfərləri, Dağlıq Qarabağ münaqişəsi və AP-nin Azərbaycana daha çox diqqət ayırmasının vacibliyi qeyd edilib. Cənab Boştina Aİ-nin enerji təchizatının müxtəlifliyinin əhəmiyyəti, Dağlıq Qarabağ və keçmiş Sovet ölkələrindəki digər  münaqişələrin eyni xarakterdə olması və eyni məqsədlərə xidmət etməsi, Qara dənizdəki siyasi və hərbi vəziyyət, Azərbaycanın AP ilə həm sosialistlər, həm də digər formada əməkdaşlığının vacibliyi və bütün münaqişələrə eyni cür yanaşılmanın lazım olduğunu bildirib.


Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu