Modern.az

Fuad Muradov Milli Məclisdə seçiciləri qəbul edib

Fuad Muradov Milli Məclisdə seçiciləri qəbul edib

28 Mart 2017, 17:16

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov Parlamentdə  20 seçici ilə görüşüb.

Təmsil etdiyi dairədə yaşayan seçiciləri və eyni zamanda Gənclər və İdman Komitəsinə müraciət edən vətənaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələləri dinləyib.

 

Ünvanlanan müraciətlər arasında əsasən işlə təmin edilmə, mənzil qeydiyyatı, sənədləşmə, sosial məsələlər, hüquqi yardım və s. məsələləri üstünlük təşkil edib.

 

Bütün müraciətlər ayrı-ayrılıqda araşdırılıb və həlli istiqamətində köməklik göstəriləcəyi bildirilib. Həmçinin bir sıra məsəələrlə bağlı ərizə və şikayət məktubları qəbul edilib.

Qeyd edək ki, Fuad Muradov hər ay Milli Məclisdə mütamadi olaraq seçiciləri qəbul edir.

 

Qəbula yazılmaq istəyənlər Milli Məclisin qəbul şöbəsinə, eyni zamanda Xətai rayonunda yerləşən  millət vəkilinin qərargahına müraciət edə bilərlər.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?