Modern.az

Müəllimlərin yaşadığı binadakı yanğın sondürülüb - Yenilənib

Müəllimlərin yaşadığı binadakı yanğın sondürülüb - Yenilənib

28 Mart 2017, 20:00

Yasamal rayonunda Bakı Dövlət Universitetinin (BDU) müəllimlərinin yaşadığı çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Modern.az xəbər verir ki, yanğın Yeni Yasamal 2 Yaşayış Massivində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində baş verib. Yanğının başvermə səbəbləri araşdırılır.

 

Modern.az

 

18:57

 

Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

 

Bu barədə Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.​

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir