Modern.az

Ən rüşvətxor siyasətçilər - MARAQLI

Ən rüşvətxor siyasətçilər - MARAQLI

Aktual

28 Mart 2017, 22:10

Bəzi siyasəçtilər, dövlət xadimləri siyasəti xalqa xidmət deyil, şəxsi maraqlara xidmət kimi anlayır. Belə dövlət adamları ölkələrinin xəzinəsinə və milli maraqlara ciddi zərər vururlar. Modern.az dünya tarxini hədsiz pul sevgisi və rüşvətxorluğu ilə düşən dövlət xadimlərinin siyahısını təqdim edir.

 

Şarl Moris de Taleyran-Periqor , fransalı siyasətçi, diplomat

Taleyran Fransa tarixinin ən məşhur korrupsioneridir. O, gənclik illərində keşiş olsa da, sonralar məşhur rüşvətxor və korrupsionerə çevrilmişdi. 1791-ci ildə Vatikan onu Fransadakı burjua inqilabında iştirak etdiyinə görə dini titullardan məhrum etdikdən sonra Taleyran diplomatic fəaliyyətə başlamışdı. Siyasi karyerası boyu o, 18 yeni hökumətə sədaqət andı içmişdi. Napoleonu hakimiyyətə gətirən çevrilişdə aktiv iştirak edən diplomat onun hakimiyyəti dövründə xarici işlər naziri, Napoleonun devrilməsindən sonra isə kral XVIII Lüdoviqin və Lui-Fillipin sarayında yüksək postlar tutub. Nazi rpostunda olarkən Fransanın düşmənlərindən belə rüşvət qəbul edib.

1804-cü ildə Avtrsiya sarayı, 1808-ci ildə isə Rusiya imperator sarayı ilə gizli əlaqələrə daxil olmuş, Napolenonu bütün planları haqda gizli xəbərlər ötürmüşdü. Fransanın xarici siyasətinə rəhbərlik etdiyi illərdə Taleyran 16,5 milyon funt sərvət toplamışdı. Siyasi intirqanın ustası ölərkən çoxları Fransada belə bir zarafat edirdilər: “Taleyran öldü? Buna görə ona nə qədər ödəyiblər?”.

 

Lyu Çzin – Çin imperatoru Çjendenin köməkçisi

Çjende Çin imperatoru olmaq qismətindən çox da razı deyildi və vaxtının çoxunu Pekinin qaranlıq küçələrində gəzinməklə keçirirdi. İmperator səlahiyyətlərini isə öz saray əyanı Lyu Çzinə həvalə etmişdi. O isə bundan istifadə eədərk ölkədə qanunsuzluq və korrupsiyaya rəvac verirdi. Təkcə imperatora özünü təqdim etmək üçün Çzin vaxrlı şəxslərdən bir neçə min qızıl rüşvət alırdı. Evində axtarış aparılan zaman Lyu Çzinin 251 milyon gümüş unsiya sərvətinin olduğu üzə çıxmışdı. Kasıb ailədə böyüyən Çzin rüşvət və talançılığa görə edam olunmuşdu.

 

Ernst İohann Biron, Kurlandiya hersoqu

Rusiya İmperatriçə Anna İvanovnanın saray əyanı olan Biron Baltika almanlarından idi. Sonradan imperatriçənin məşuquna çevrilən Biron rüşvət almağı çox sevirdi. Rusiyanın dövlət işləri ilə demək olar ki. maraqlanmayan Biron daha çox 379 atdan ibarət təsərrüfatının qayğısına qalırdı. Bu işdə ona 400 nəfərlik rəiyyəti yardımçı olurdu. Qızıl və gümüşdən olan at yüyənləri və ls. Ləvazimatlar onun ən çox rüşvət kimi qəbul etdiyi hədiyyələrdən idi.

 

200 min taler qarşılığında Biron Rusiya ilə Fransanın ittifaqını pozdu və ingilislərə Şərqlə rüsum ödəmədən ticarət etməyə imkan verdi. Bu addımlar rus xəzinəsinə ciddi itkilər versə də, Bironun şəxsi varidatını daha da artırmışdı. Bundan başqa, o, xarici ölkələrin maraqları namizə rus qoşunlarını uzaq münaqişələrə muzdlu olaraq satırdı.

 

Anna İvanovnanın ölümündən sonra Biron həbs olunaraq Peterburqdan 3 min kilometr uzaqlıqda yerləşən Pelım şəhərinə sürgü olunsa da, 5 ildən sonra imperator III Pyotr onu yenidən paytaxta qaytarmışdı.

 

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır