Modern.az

İki ailə evsiz qaldı

İki ailə evsiz qaldı

28 Mart 2017, 22:18

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı və Şabranda bu gün axşam saatlarında baş verən yanğın hadisələri ilə əlaqədar məlumat yayıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 81 kvadrat metr olan 3 otaqlı mənzilin 2 otağının, dəhlizinin yanar konstruksiyaları 50 kvadrat metr və dam örtüyü 80 kvadrat metr sahədə yanıb. Qonşu mənzillər və mansardın qalan hissəsi yanğından mühafizə olunub. 

Şabran rayonu, Xırdaoymaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 176 kvadrat metr  olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir