Modern.az

“Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllinə ümid edir”

“Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllinə ümid edir”

Aktual

28 Mart 2017, 22:34

“Pakistan Dağlıq Qarabağ münaqişəsinin müvafiq mövcud qətnamələr əsasında həllini tapacağına ümid edir”. Modern.az APA-ya istinadən xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Mohmand Xan bildirib.

Səfir qeyd edib ki, Kəşmir münaqişəsinə dair BMT TŞ-nın qətnamələri var: “Həmçinin Dağlıq Qarabağ münaqişəsinə aid qətnamələr mövcuddur. Bundan əlavə Pakistan parlamenti 2012-ci ildə Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Bu ilin fevralında Milli Assambleya xarici ölkəyə aid qoşunların Dağlıq Qarabağdan çıxarılmasına çağıran qətnamə qəbul edib. Biz münaqişənin bütün bu qətnamələr əsasında öz həllini tapacağına ümid edirik".

Mohmand Xan vurğulayıb ki, Pakistanın Milli Assambleyasının spikeri mayda Azərbaycana səfər edəcək: “Milli Assambleyanın spikeri Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunların açılış mərasimində iştirak edəcək. Həmçinin Pakistanın idman nazirinin də İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edəcəyi gözlənilir”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!