Modern.az

Gömrük nəzarətindən gizlədilən 10 mobil telefon müsadirə edilib

Gömrük nəzarətindən gizlədilən 10 mobil telefon müsadirə edilib

29 Mart 2017, 10:53

Gömrük nəzarətindən gizlədilən 10 ədəd mobil telefon müsadirə edilib.

Dövlət Gömrük Komitəsindən Modern.az-averilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21074" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin salonundan gömrük nəzarətindən gizlədilən 10 ədəd "Samsung" markalı mobil telefon, mobil telefonlarda istifadə üçün nəzərdə tutulan 11 ədəd adapter, 8 ədəd batareya , 8 ədəd qulaqcıq və iki ədəd mobil telefon qutusu akar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi