Modern.az

Aşıq Azər Xanlaroğlu bu gün əməliyyat olunur: “Əvvəl 15 min deyilirdisə, indi daha çox istənilir”

Aşıq Azər Xanlaroğlu bu gün əməliyyat olunur: “Əvvəl 15 min deyilirdisə, indi daha çox istənilir”

29 Mart 2017, 10:57

Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən aşıq Azər Xanlaroğlunun səhhəti yenidən pisləşdiyindən bir neçə  gün əvvəl təcili əməliyyat üçün Türkiyəyə yola salınıb. Maddi problemlər yaşayan aşıq üçün sosial şəbəkələrdə kampaniya başladıldı. Dostlarının mətbuata verdiyi açıqlamlara əsasən, kampaniyaya o qədər də çox adam qoşulmayıb. Məcburiyyət qarşısında qalan  Azər Xanlaroğlu şəxsi avtomobili və ata yadigarı olan evi satmaq qərarına gəlib.

Qeyd edək ki, hepatit xəstəliyindən əziyyət çəkən Azər Xanlaroğlunun ayaqlarında da şiş əmələ gəlib.

Aşığın yaxın dostu və yardım kampaniyasının fəallarından olan şair Ehtiram İlham Modern.az saytına açıqlamasında Azər Xanlaroğlunun bu gün Türkiyə vaxtı ilə saat 14:00-da əməliyyyata girəcəyini bildirib. Onun sözlərinə görə, qaraciyərindəki problem düzəlməyə doğru getsə də, bu gün ən ağır əməliyyatını keçirəcək:

“Azərin qaraciyərindəki problem uzunmüddətli müalicə və dietadan sonra normallaşıb. İndi onun sol ayağındakı damarların varikoz genişlənməsi xəstəliyinin ən ağır formasının cərrahi yolla aradan qaldırılması düşünülür. Həmin xəstəliyə səhv etmirəmsə, el arasında “fil xəstəliyi” də deyilir”.

E.İlham əməliyyat və müalicə üçün tələb edilən maddi vəsaitin toplanması və bunun üçün nəzərdə tutulan kampaniyanın gedişatından da danışıb. Onun sözlərinə görə, əvvəlcə 15 min dollar tələb olunurdusa, bu gün həmin məbləğ artmaqdadı:

“Əməliyyat üçün tələb olunan maddi vəsait xeyirxah insanların sayəsində toplanmaqdadı. Bir sıra tanınmış insanların, o cümlədən, Çiçək Mahmudqızının, Sultanxanımın, Allahyar Eyyuboğlunun, Mikayıl Bozalqanlının, Məhəbbəst xanım və başqalarının fədakarlığını xüsusi qeyd etmək lazımdı. Əməliyyat üçün ilkin olaraq 15 min dollar tələb olunurdusa, indi daha artıq maddi vəsait  istənilir. Çünki bugünkü əməliyyatdan sonra Azər hələ iki ay həkim nəzarəti altında qalmalıdır ki, bu da xeyli məsrəf tələb edir. Onu da qeyd edim ki, Azər Xanlaroğluya yardım kampaniyası üçün Türkiyədə hesab nömrəsi açılıb. Bakıda da bu işlə onun yaxın dostları məşğuldur”.


E.Nazimoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir