Modern.az

Diplomatlar üçün ayrılan pulları düzgün istifadə etməyənlər cəzalanacaq

 Diplomatlar üçün ayrılan pulları düzgün istifadə etməyənlər cəzalanacaq

Aktual

29 Mart 2017, 11:36

Nazirlər Kabineti “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişiklik edib.

Nazirlər Kabinetindən Modern.az-a verilən məlumata görə, diplomatik nümayəndəliyə ayrılan maliyyə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Qeyd edək ki, həmin qaydalara görə, dövlət büdcəsindən diplomatik nümayəndəliklərə ayrılan maliyyə vəsaitləri təyinatı üzrə istifadə edilməli və ilin sonuna istifadə olunmayan qalıq vəsait ilkin mənbəyə qaytarılmalıdır.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?