Modern.az

Qanunsuz süni mayalanmaya görə cəzalar dəyişdirilir

Qanunsuz süni mayalanmaya görə cəzalar dəyişdirilir

29 Mart 2017, 11:44

Azərbaycanda qanunsuz süni mayalanma etməyə görə cəzanın cəriməsi ləğv edilir.

Modern.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Cinayət Məcəlləsinə əsasən, qadına, onun razılığı olmadan və ya yetkinlik yaşına çatmayan qadına süni mayalanma və ya embrionu implantasiya etməyə görə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişikliklə cərimənin miqdarının 4 min manatdan 7 min manatadək artırılması təklif olunur.


Həmçinin, şəxsin razılığı olmadan onun üzərində tibbi sterilizasiya, yəni şəxsin nəsilartırma qabiliyyətindən məhrum edilməsi, yaxud qadının hamiləlikdən qorunması məqsədi ilə əməliyyat aparmaya 500 manatdan 1000 manatadək miqdarda nəzərdə tutulan cərimə ləğv edilir. Cəza olaraq, 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur. Təkliflə cəzanın cərimə hissəsi ləğv edilir.


Qeyd edilən əməllər ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma təklif edilir. Hazırda bu cəza həm də ölüm halının baş verməsinə aid edilir, həbs müddəti isə 2 ildən 5 ilədəkdir.

Dəyişiklik layihəsinə əsasən, bu əməllər ölümə səbəb olduqda, 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

 

Milli Məclis bu layihəni müzakirəyə çıxarmağa hazırlaşır...

 

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?